13 May 2025, 11:12
FUTBOL
"Real" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, "Kral klubu" "Benfika"da çıxış edən Alvaro Karrerası transfer etmək istəyir.
"Real" yaxın günlərdə 22 yaşlı sol cinah müdafiəçisi üçün Portuqaliya klubu ilə danışıqlara başlayacaq. Madrid nəhəngi transferi iyunun 14-də başlayacaq klublararası dünya çempionatına qədər yekunlaşdırmağa çalışacaq.
Qeyd edək ki, "Benfika" Alvaro Karrerası mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. İspaniya U-21 millisinin üzvü Lissabon təmsilçisinin heyətində keçirdiyi 48 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.