"Komo"nun baş məşqçisi Sesk Fabreqas "Bayer"in və bir çox digər Avropa klublarının marağına baxmayaraq, İtaliya klubunu tərk etməyəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, "Komo" Leverkuzen klubuna Fabreqas ilə birlikdə işləməyə davam edəcəklərini bildirib. Qeyd olunur ki, Sesk "Komo"nu tərk etməyə heç vaxt yaxın olmayıb. O, həmişə uzunmüddətli layihədən tərəf olub.

Qeyd edək ki, Fabreqas 2024-cü ilin yayında "Komo"nun baş məşqçisi təyin olunub. A Seriyasında 35 turdan sonra komandanın 45 xalı var və 10-cu yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest