UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Matc.az xəbər verir ki, 7 Azərbaycan klubu yer alıb. Reytinq klubların son 5 mövsümdə göstərdikləri nəticələrin əsasında hazırlanıb.

Azərbaycan təmsilçilərindən ən yaxşı nəticə "Qarabağ"dadır. Ağdam təmsilçisi 32 000 əmsalla 69-cu pillədə qərarlaşıb.

187-ci yerdə olan "Neftçi"nin aktivində 8 000 əmsal var. "Zirə" (4,000) 318-ci, "Sabah" (4,000) 319-cu, "Sumqayıt" (4,000) 323-cü, "Qəbələ" (3,000) 337-ci, "Şamaxı" (2,500) isə 338-cidir.

Qeyd edək ki, siyahıya "Real" (143 500) başçılıq edir. "Mançester Siti" 2-ci, "Bavariya" isə 3-cü yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest