13 May 2025, 18:32
FUTBOL
Braziliya millisinin baş məşqçisi olacaq "Real"ın baş məşqçisi Karlo Ançelotti Xabi Alonsonun Madrid klubuna təyinatı ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Madrid Universal" paylaşıb.
"Mən Xabi Alonsonu çox bəyənirəm. Ona heç bir məsləhətim yoxdur, çünki Xabinin gələcəkdə böyük məşqçi olmaq üçün bütün potensialı var."
Qeyd edək ki, Leverkuzen klubunun mətbuat xidməti komandanın baş məşqçisi Xabi Alonsonun cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlamışdı.