"Arsenal" Avropa Liqasının final oyunu üçün London hazırlığını başa vurub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "topçular" həlledici qarşılaşmanın keçiriləcəyi Bakıya yola düşüb.

Baş məşqçi Unay Emeri Bakıya və burdakı hava şəraitinə uyğunlaşmaq üçün 4 öncədən paytaxtımıza gəlməyi məqsədəuyğun bilib. Komanda sabahdan məşqlərini Bakıda keçəcək.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. "Arsenal" həlledici qarşılaşmada "çelsi" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest