"Komanda cəhd etdi, amma oyunun gedişatını dəyişə bilmədik. "Arsenal" yarımfinala yüksələn komanda olmağa layiqdi"

"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalında London "Arsenal"ına evdə məğlubiyyətdən (1:2) danışıb.

Matc.az xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Arsenal"a qarşı aciz oyun nümayiş etdirdiklərini etiraf edib:

"Komanda cəhd etdi, amma oyunun gedişatını dəyişə bilmədik. "Arsenal" yarımfinala yüksələn komanda olmağa layiqdi".

Xatırladaq ki, ilk görüş 3:0 hesabı ilə "topçuların" xeyrinə başa çatıb. Beləliklə, "Real" ümumilikdə 1:5 hesabı ilə Çempionlar Liqası ilə vidalaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest