"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə yollarını ayıra bilər. Matc.az saytının "Tuttosport"a istinadən məlumatına görə, turinlilər onu əvəzləyəcək mütəxəssisi müəyyənləşdirməklə məşğuldu.

Alleqrinin yerinə namizədlər sırasına Didye Deşamın da adı əlavə olunub. Hər şey Alleqri ilə "qoca sinyora"nın prezidenti Andrea Anyelli arasında sabah baş tutacaq görüşdən sonra bilinəcək. Əgər tərəflər ayrılıq qərarı versələr, o zaman Deşam da daxil olmaqla, namizədlərlə danışıqlar intensivləşəcək.

Qeyd edək ki, Didye Deşam hazırda Fransa yığmasının "sükanı arxası"ndadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest