"İlk dəfə ölkə xaricində çempion oldum. Mövsüm boyu çəkdiyimiz əziyyətin bəhrəsini gördük". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev deyib.

Ağdam klubunun heyətində Azərbaycan çempionu olan Bolqarıstan millisinin üzvü ölkəsinin mətbuatına açıqlamasında təəssüratlarını bölüşüb. 26 yaşlı orta sahə oyunçusu sevincli olduğunu gizlətməyib: "Əziyyətimizin mükafatı çempionluq oldu. Mənim üçün bu titul çox əzizdi. çünki buna qədər çempion olmamışdım. Bura gəlməzdən əvvəl yalnız bir dəfə "Apollon"la Kipr kubokunu qazanmışdım. Həmin vaxt çox xoşbəxt olmuşdum. Ancaq çempionluq tam fərqli hisslərdi. Bu səbəbdən çox həyəcanlıyam".

Slavçev son vaxtlar komandadan ayrılacağı ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. ötən yayda "Sportinq"dən transfer edilən futbolçu getmək barədə düşünmədiyini vurğulayıb: "Qarabağ"dan ayrılmağım müzakirə mövzusu deyil. Kluba müqaviləm var, "Qarabağ"ın oyunçusuyam. Kollektivə uyğunlaşmaq üçün bir az zamana ehtiyacım var. Komanda əsl ailə kimidi. Bu da məni xoşbəxt və "Qarabağ"la növbəti dəfə çempion olmaq üçün daha da motivasiyalı edir".

Qeyd edək ki, Simeon Slavçevin "Qarabağ"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest