Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq. Matc.az-ın "Zirə"nin feysbuk səhifəsinə istinadən məlumatına görə, mövsümdə son oyununu keçirəcək bakılılar debütant "Sabah"la üz-üzə gələcək.

çempionata səfər matçı ilə yekun vuracaq qəsəbə təmsilçisi bu rəqiblə 4-cü dəfə qarşılaşacaq. Əvvəlki üç oyun cari mövsümə təsadüf edib. Hər üç matçda Premyer Liqanın debütantı qalib gəlib. Bu qarşılaşmaların hərəsində iki top buraxan "Zirə" yalnız səfər oyununda bir qol vurub. Komandanın yeganə qoluna Tellur Mütəllimov imza atıb. Matçlardakı top fərqi 1:6-dı.

 

"Zirə" – "Sabah": Bütün oyunlar

2018/19 mövsümü

25.08.2018. "Zirə" – "Sabah" – 0:2

Marko Deviç, 2, 30

27.10.2018. "Sabah" – "Zirə" – 2:1

Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73

02.02.2019. "Zirə" – "Sabah" – 0:2

Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest