"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim "Napoli"nin vingeri Xviça Kvaratsxeliya ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.

Bildirilir ki, Amorim gürcü futbolçunu "Mançester Yunayted"də inamsız karyerası olan cinah hücumçusu Antoninin əvəzedicisi kimi görür.

"Napoli"nin Kvaratsxeliyanı 90 milyon funt sterlinq (107 milyon avro) dəyərində dəyərləndirdiyi vurğulanır.

Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kvaratsxeliyanın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 80 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest