çempionlar Liqasının daha bir drammatik matçında "Tottenhem" "Ayaks"ı səfərdə 3:2 hesabı ilə məğlub edərək, adını finala yazdırıb. Matc.az saytının məlumatına görə, qarşılaşmadan sonra düşərgələrdə fərqli ab-hava hökm sürüb.

Bunu futbolçuların açıqlamalarından da sezmək mümkündü.

Tobi Alderveyreld ("Tottenhem"in müdafiəçisi): "Psixoloji cəhətdən bunu bacarmaq çox çətin idi. 3 qol vurmalı idik. İkinci hissədə inanılmaz oynadıq və qələbəni arzuladığımızı göstərdik. Komandamla fəxr edirəm. Yalnız ikinci qolu buraxandan sonra oynamağa başladıq. Lyorrente oyunumuzu inkişaf etdirdi, Moura isə fenomenal idi. Premyer Liqada 4-cü yerdəyik, çempionlar Liqasında isə finalda. Amma hələ də bizi uğursuz sayan insanlar var".

Lukas Moura ("Tottenhem"in yarımmüdafiəçisi): "Hisslərimi izah etmək mümkün deyil. çox xoşbəxtəm və komanda yoldaşlarımla qürur duyuram. Biz həmişə bunun mümkün olduğuna inandıq. Bütün gücümüzlə mübarizə apardıq və istəyimizə çatdıq. Biz bir ailəyik. Futbol bizə təsəvvür edə bilmədiyimiz anlar bəxş edir. Bundan zövq almaq lazımdı. Yalnız mənə baxın - bu, karyeramın və həyatımın ən xoş anıdı. Komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm. çünki "Tottenhem"lə yaşadıqlarım inanılmazdı".

Harri Keyn ("Tottenhem"in hücumçusu): "Bu sadəcə, inanılmazdı. Oyuna yaxşı başlamadıq, "Ayaks"a öz oyununu göstərmək imkanı verdik. Nəticədə rəqib 2 qol vurdu. Fasilədə futbolçular söz verdilər ki, ikinci 45 dəqiqədə bütün güclərini ortaya qoyacaqlar. Yorğunluqdan şikayət edə bilmərik. çünki bu, komanda üçün mövsümün son oyunu ola bilərdi".

Matteys de Liq ("Ayaks"ın müdafiəçisi): "Hakim bildirəndə ki, bir dəqiqə vaxt qalıb, sona qədər mübarizə aparmaq gərəkdiyini bilirdik. Biz finala çıxdığımızı düşündük, ancaq olmadı. Oyun 5 dəqiqədən də çox uzandı. Ayaqlarımızın yerdən üzüldüyünü hiss etdik. Final çox-çox yaxın idik. Oyundan sonra paltardəyişmə otağında sükut var idi. Nə qədər ağrılı sonluq olsa da, fantastik macəra idi. ölkə çempionu olsaq, bu yaranı bir az yüngülləşdirərik. Bir ayağımız finalda idi, saniyələr bizdən bunu aldı".

Frenki de Yonq ("Ayaks"ın yarımmüdafiəçisi): "Turnirdəki mübarizəmizə və bugünkü qarşılaşmanın ilk hissəsinə baxdıqda, finala biz çıxmalı idik. Amma "Tottenhem" də ikinci hissədəki oyunu ilə buna layiq idi. Hər kəs çempionlar Liqasında nələr etdiyimizi gördü. Bu, nağıl kimi idi. Təəssüf ki, sonluq xoş olmadı. Son saniyələrdə finalı əldən vermək çox ağırdı. İkinci hissədə rəqib bizə çox problemlər yaşatdı. Ardıcıl 3-cü dəfədi ki, səfərdə qalib gəlsək də, evdə bunu edə bilmirik. Səbəbini də bilmirəm. Birinci hissədəki mübarizəni davam etdirsəydik, finala çıxacaqdıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest