13 Dekabr 2025, 12:39
FUTBOL
Amerikalı aktyor və prodüser Vin Dizel "Forsaj" (Sürətli və Qəzəbli) franşizasının yeni filmində "Əl-Nəsr"ın hücumçusu Kriştiano Ronaldo üçün rol yazdığını açıqlayıb.
Matc.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Hamı Ronaldonun "Forsaj"ın yeni filmində olub-olmayacağını soruşurdu... Deməliyəm ki, bu, real bir şeydir. Biz onun üçün rol yazmışıq".
Qeyd edək ki, "Forsaj" franşizanın 11-ci hissəsinin 2026-cı ildə çıxacağı və bu filmin franşizanın sonuncu olacağı bildirilirdi.












