"Milan"ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Matc.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Noyabr ayında "Milan" "Roma" (1:0), "İnter" (1:0) və "Latsio" (1:0) üzərində qələbə qazanıb. "Parma" ilə isə heç-heçə edib (2:2).

Qeyd edək ki, "Milan" 14 turdan sonra 31 xalla turnir cədvəlinə başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest