13 Dekabr 2025, 14:11
FUTBOL
Hindistanlı azarkeşlər Lionel Messinin Kalkuttaya gəlişini qeyd etmək üçün "Solt-Leyk" stadionunda keçirilən tədbirin təşkilinə görə qəzəbləniblər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ANI paylaşıb.
Bildirilir ki, azarkeşlər tədbirdə iştirak etmək üçün xeyli pul ödəməsinə baxmayaraq, argentinalı futbolçunun stadionu çox tez tərk etməsindən narazı qalıblar. Messinin gedişindən sonra azarkeşlər şüşə və oturacaqları sındıraraq meydana atmağa başlayıblar, hətta maneələri də qırıblar.
Argentinalı hücumçu Kalkuttada özünün 21 metrlik heykəlinin açılışında da iştirak edib.
Daha əvvəl xəbər verildiyi kimi, Messi Hindistan turnesi çərçivəsində dörd şəhərə - Mumbay, Yeni Dehli, Haydarabad və Kalkuttaya səfər edəcək.












