Məhkəmə "Real" futbolçusu Kilian Mbappenin vəkillərinin PSJ-nin hesablarının dondurulması ilə bağlı apellyasiya şikayətini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, 2025-ci ilin may ayında PSJ klubun hesablarındakı 55 milyon avroluq əvvəlki dondurma ilə bağlı məhkəmə qərarının ləğv edilməsini təmin edib. Hakim dondurmanın ləğv edilməsi barədə qərar vermişdi, lakin oyunçunun vəkilləri qərardan apellyasiya şikayəti vermişdi. Bu həftə Apellyasiya məhkəməsi yenidən Kilian Mbappenin vəkillərinin hesabların dondurulması ilə bağlı vəsatətini rədd edib.

Bundan əlavə, məhkəmə oyunçunun vəkillərinin Fransa mülki məcəlləsinin 700-cü maddəsinə əsasən prosesdən sui-istifadə etdiyinə görə hüquqi xərcləri və PSJ-yə 3000 avro ödəmə öhdəliyi barədə qərar verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest