Tanınmış insayder Fabrisio Romano Zinəddin Zidanın "Real"a mümkün qayıdışı ilə bağlı sosial mediada yayılan şayiələrə münasibət bildirib.

Matc.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Xabi Alonso La Liqada "Alaves"ə qarşı keçiriləcək oyunda məğlubiyyətə üzləşsə, işini itirmək təhlükəsi ilə üzləşəcək.

2021-ci ildə "Real"dan ayrıldıqdan sonra məşqçilik etməyən Zidan onu əvəz etmək üçün əsas namizəd hesab olunur. Lakin Romano iddia edir ki, klub hazırda fransız mütəxəssisin qayıdışı ilə bağlı danışıqlar aparmır.

Komandaya digər namizəd olaraq Yurgen Kloppun da adı hallanır.

Xatırladaq ki, Alonso iyun ayında "Real"a rəhbərlik etməyə başlayıb. O, komandaya 4 il baş məşqçilik edən Karlo Ançelottini əvəz edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest