13 Dekabr 2025, 21:26
FUTBOL
"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqanın 16-cı turunun "Brayton"la (2:0) oyununda rekorda imza atıb.
Matc.az xəbər verir ki, misirli oyunçu 26-cı dəqiqədə əvəzetmədən meydana daxil olub və 60-cı dəqiqədə hücumçu Huqo Ekitikeyə məhsuldar ötürmə edib.
Bu, Salahın "Liverpul"ın heyətində Premyer Liqadakı ümumi məhsuldarlığının sayını 277-yə çatdırıb (188 qol, 89 məhsuldar ötürmə). Əvvəlki rekord "qırmızı şeytanlar" üçün 183 qol vuran və 93 məhsuldar ötürmə edən "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runiyə məxsus idi.
Qeyd edək ki, "Brayton"la oyun Salahın baş məşqçi Arne Slotla mübahisəsindən sonra heyətə yer almasından bəri ilk oyundur.












