Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, hər iki qarşılaşma eyni vaxtda start götürüb.

İngiltərə təmsilçilərindən "Arsenal" ev, "çelsi" isə səfər oyununa çıxıb.

Birincilər doğma azarkeşləri önündə "Valensiya"nı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Digər qarşılaşmada isə turnirin sürpriz komandası "Ayntraxt" favorit "çelsi"ni qonaq edib. "İnter"in ardından "Benfika"nı dramatik şəkildə üstələyən almanların budəfəki rəqibi daha güclüdü. Qarşısına turnirin qalibi olmağı hədəf qoyan "zadəganlar" səfərdə sərfəli nəticə əldə edib - 1:1.

Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may

"Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) - 3:1

Qollar: Lakazet, 18, 26, Obameyanq, 90+1 - Diaxabi, 11

London. "Emireyts" stadionu. Baş hakim: Klemen Turpin (Fransa)

"Arsenal": 1. Peter çex, 5. Sokratis Papastopulos, 6. Loren Kosielni, 9. Aleksandr Lakazet, 10. Mesut özil, 14. Pyer Emerik Obameyanq, 15. Eysli Metland Nils, 20. Şkodran Mustafi, 29. Matteo Genduzi, 31. Sead Kolaşinaç, 34. Qranit Caka

Ehtiyat oyunçular: 19. Bern Leno, 4. Mohammed Elneni, 7. Henrik Mxitaryan, 11. Lukas Torreyra, 17. Aleks Ayvobi, 18. Naço Monreal, 49. Eddi Nketiya

Baş məşqçi: Unay Emeri

"Valensiya": 13. Neto, 4. Fakundo Ronkalya, 5. Qabriel, 7. Qonçalo Quedes, 8. Karlos Soler, 10. Daniel Parexo, 12. Muktar Diaxabi, 14. Xose Qaya, 19. Rodriqo, 21. Kristiano Piççini, 24. Ezegel Qaray

Ehtiyat oyunçular: 1. Jaume Domenek, 9. Kevin Qameyro, 15. Lato, 18. Daniel Vass, 20. Ferran Torres, 22. Santi Mina, 23. Ruben Sobrino

Baş məşqçi: Marselinyo

 

"Ayntraxt" (Almaniya) - "çelsi" (İngiltərə) - 1:1

Qollar: Yoviç, 23 - Pedro, 45

Frankfurt. "Kommerzbank Arena". Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

"Ayntraxt": 31. Kevin Trapp, 3. Simon Falette, 5. Gelson Fernandes, 8. Luka Yoviç, 10. Filip Kostiç, 11. Miyat Qocinoviç, 13. Martin Hinteregger, 17. Sebastian Rode, 19. David Abraham, 20. Makoto Hasebe, 24. Denni Da Kosta

Ehtiyat oyunçular: 1. Frederik Ronnou, 2. Evan Ndika, 6. Conatan De Quzman, 15. Jetro Villyams, 16. Lukas Torro, 22. Timoti Şandler, 39. Qonçalo Paçiensa

Baş məşqçi: Adolf Hütter

"çelsi": 1. Kepa Arrizabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodrigez, 12. Ruben Loftus-çik, 18. Olivye Jiru, 22. Villian, 27. Andreas Kristensen, 28. Sezar Azpilikueta, 30. David Luiz, 33. Emerson Palmieri

Ehtiyat oyunçular: 13. Villi Kabalyero, 3. Markos Alonso, 8. Ross Barkli, 9. Qonzalo İquayn, 10. Eden Azar, 17. Matteo Kovaçiç, 21. Davide Zappakosta

Baş məşqçi: Maurisio Sarri

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest