“Valensiya” “Bavariya”nın vingeri Brayan Saraqosanı icarəyə götürə bilər. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu La Liqa təmsilçisinə keçməyə razılaşıb.

İspaniyalı oyunçu ölkəsinə qayıtmaq fikrindədi və bu barədə münhenliləri məlumatlandırıb. Hazırda klublar hücumameyilli oyunçunun icarəsi ilə bağlı danışıqlar aparır. Keçid baş tutmasa, Saraqosa üçün alternativ “Jirona” olacaq.

Qeyd edək ki, Brayan Saraqosa “Bavariya”ya bu ilin əvvəlində “Qranada”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest