Bunu nəzərə alaraq, 9 avqust saat 11:00-da media nümayəndələri ilə görüş nəzərdə tutulub. AFFA-nın inzibati binasında keçiriləcək tədbirə bütün media nümayəndələri dəvətlidir.
May və iyun aylarında keçirilən AFFA İcraiyyə Komitəsinin iclaslarında “AFFA-nın İnkişaf Strategiyası”nın əsas hədəfləri müəyyənləşdirilib və yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq edilməsinə dair qərar qəbul olunub.
Matc.az qrumun mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA İnkişaf Strategiyasının hazırlanması ilə bağlı futbol ictimaiyyəti nümayəndələrinin təklif və rəylərini öyrənmək istəyir.
Bunu nəzərə alaraq, 9 avqust saat 11:00-da media nümayəndələri ilə görüş nəzərdə tutulub. AFFA-nın inzibati binasında keçiriləcək tədbirə bütün media nümayəndələri dəvətlidir.