Bu həftə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Matc.az saytı xəbər verir ki, Britaniya mətbuatı indidən ingilis finalını proqnozlaşdırır.

Həmkarlarımız hətta "Arsenal" - "çelsi" finalı ilə bağlı bəzi ehtimalları da gözdən keçirməyə başlayıb. Yerli KİV hesab edir ki, London klublarının fanatları həyəcanla yarımfinal görüşlərini gözləyir: "çünki onlar cavab matçlarından dərhal sonra finala bilet almaq üçün səbirsizlənirlər. Bakı Olimpiya Stadionu (BOS) 68 min 700 tamaşaçı tutumuna malikdi. Finalçılara isə 10 faiz bilet düşür. Bu da o deməkdi ki, "çelsi" və "Arsenal" finala yüksəlsə, hər birini 7000-ə yaxın azarkeş Bakıda dəstəkləyəcək".

Britaniyalılar BOS-la bağlı da xoş fikirlər səsləndiriblər. Onlar Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Arsenal" görüşündəki atmosferə əsasən belə düşünürlər: "Final oyununun keçiriləcəyi arena "Emireyts" və "Stemford Bric"dən böyük, "Uembli"dən isə kiçikdi. Qrup mərhələsində "Arsenal"ın "Qarabağ"la oyununda azarkeşlər tribunaları doldurmuşdular və atmosfer əla idi. Ora yollanmaq istəyən ingilis klublarının azarkeşləri üçün kifayət qədər yer olacaq".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest