10 İyul 2024, 16:49
FUTBOL
"Bavariya"nın futbolçusu Tomas Müller milli karyerası ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu Almaniya yığmasındakı karyerasını bitirib.
Müller 2010-cu ildən Bundestimin formasını geyinirdi. Millidə 131 oyunda 45 qola imza atan Tomas 2014-cü ildə dünya çempionu adını qazanıb.
Müller DÇ-2022-dən sonra milli ilə vidalaşsa da, sonra yığma karyerasını bərpa etmişdi.
Qeyd edək ki, Almaniya millisi AVRO-2024-də mübarizəni 1/4 finalda İspaniyaya uduzaraq (1:2) dayandırıb.