Almaniyada keçirilən Avropa çempionatı başa çatmaq üzrədi.

Matc.az xəbər verir ki, bu gün yarımfinal mərhələsində ikinci oyun keçirilib.

Dortmunddakı “Signal İduna Park”da baş tutan oyunda ikinci finalçının adına aydınlıq gəlib.

1/4 finalda Türkiyə millisini AVRO-2024-dən kənarlaşdıran Niderland, İsveçrəni penaltilər seriyasında məğlub edərək yarımfinala yüksələn İngiltərə yığması ilə qarşılaşıb. Oyunda hesabı erkən qolla niderlanlılar açıb, lakin ingilislər birinci hissədə hesabda tarazılığı yarada biliblər. İkinci hissənin sonuncu dəqiqələrində isə İngiltərə millisi həlledici qolu vuraraq adını finala yazdırıb. 

Xatırladaq ki, ilk yarımfinal görüşündə İspaniya Fransanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

AVRO-2024
Yarımfinal
10 iyul

Niderland – İngiltərə - 1:2 
Qollar: Simons, 7 // Keyn, 18 (pen), Uotkins, 90+1
Baş hakim: Feliks Zvayer
Dortmund, “Signal İduna Park”

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest