Məşhur analitik internet portalı “WhoScored” AVRO-2024-ün yarımfinal mərhələsində bu gün qarşılaşacaq İspaniya və Fransa yığmalarının oyunçularından ibarət simvolik komandanın 11-liyini açıqlayıb.

Matc.az “WhoScored”in versiyasına görə simvolik komandanı təqdim edir:

Qapıçı: Unay Simon (İspaniya).
Müdafiəçilər: Mark Kukurella (İspaniya), Emerik Laport (İspaniya), Deotşankyul Yupamekano (Fransa), Jül Kunde (Fransa).
Yarımmüdafiəçilər: Daniyel Olmo (İspaniya), Rodri (İspaniya), Fabian Ruis (İspaniya).
Hücumçular: Niko Uilyams (İspaniya), Lamin Yamal (İspaniya), Kilian Mbappe (Fransa).

Xatırladaq ki, İspaniya - Fransa matçı Münhendəki “Allians Arena” stadionunda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest