Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, II Liqa pley-off matçında baş verənlər müzakirə olunub.

“Hypers” – “Şəfa” cavab oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının 16 nömrəli futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Görüşün 90+5-ci dəqiqəsində “Şəfa”nın 23 nömrəli futbolçusu Nicat Abbasov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, onun komandası isə 300 manat cərimə edilib.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə, “Hypers” II Liqada oynamaq hüququ əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest