07 İyun 2024, 19:58
FUTBOL
“Səbail” Bahadur Həziyevlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə bağlı “Şamaxı” ilə “Səbail” arasında imzalanmış icarə müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, Bahadur Həziyev 2023/2024 mövsümünü "Səbail"də keçirib. O, "dənizçilər"in heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.