07 İyun 2024, 18:43
FUTBOL
“Bavariya” 18 yaşlı yarımmüdafiəçi Moris Krattenmaher ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, müqavilənin şərtləri açıqlanmayıb.
Gənc yarımmüdafiəçi futbol oynamağa “Bavariya” akademiyasında başlayıb və 2017-ci ildə “Unterhaxinq”ə keçib.
Qeyd edək ki, o, ötən mövsüm III Bundesliqada 33 oyun, 1 qol və 7 məhsuldar ötürmə edib.