07 İyun 2024, 11:22
FUTBOL
Tovuzlular hücumçu Oto Conla əməkdaşlığı uzadıb. Nigeriyalı forvard 2024-25 mövsümünün sonuna qədər Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayıb.
“Turan Tovuz” aparıcı futbolçularını komandada saxlamaqda davam edir. Matc.az xəbər verir ki, bölgə təmsilçisi daha bir oyunçusu ilə bağlı qərarını açıqlayıb.
Tovuzlular hücumçu Oto Conla əməkdaşlığı uzadıb. Nigeriyalı forvard 2024-25 mövsümünün sonuna qədər Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayıb.
Nigeriyalı ötən mövsüm 10 qolla komandanın ən məhsuldar futbolçusu olmuşdu.
Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl Aleks Souza, Şəhriyar Əliyev, Emmanuel Hakman, Alexandro Serrano, Ayxan Quseynov və Sadiq Quliyevlə əməkdaşlığı yeniləmişdi.