07 İyun 2024, 19:51
FUTBOL
Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüşdə yığmamız böyükhesablı məğlubiyyətlə üzləşib.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ikinci oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşıb.
Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüşdə yığmamız böyükhesablı məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.
Yoldaşlıq turniri
II tur
7 iyun
Azərbaycan - Türkiyə - 0:5
Bender, “Dinamo” stadionu