“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade daha bir klubun maraq dairəsinə düşüb. Matc.az “Abola” nəşrinə istinadən xəbər verir ki, “Fənərbaxça”dan sonra indi də “Beşiktaş” 24 yaşlı hücumameyilli oyunçunu heyətinə qatmaq sevdasına düşüb.

Baş məşqçi postuna Covanni van Bronkhorstu gətirən İstanbul təmsilçisi vaxt itirmədən Andradenin meneceri ilə danışıqlara başlayıb. Hətta tərəflər arasında ilkin razılığın olduğu da vurğulanıb.

İndi qalır “Qarabağ”ı keçidə razı salmaq. Azərbaycan çempionu Kabo Verde millisinin üzvünü satmağa müsbət yanaşmasa, “Beşiktaş” Andradenin müqaviləsindəki sərbəst qalma bəndindən yararlana bilər. Futbolçunun ağdamlılarla sözləşməsində 4 milyon avroluq sərbəst qalma maddəsi var.

Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest