Dmitri Rıbolovlev “Monako”da sahib olduğu hissələri sata bilər.

Matc.az xəbər verir ki, klubun səhmlərinin 66,66%-i rusiyalı milyarderə məxsusdur.

“Monako”nun kimə satılacağı ilə bağlı yekun qərarı Şahzadə II Albert verəcək. Qeyd etmək lazımdır ki, kral ailəsi klubun satıla bilinməyən səhmlərinə sahibdir.

Eyni zamanda, ilkin razılaşmalara görə, rusiyalı milyarderin öz səhmlərini 2011-ci ildə aldığından artıq qiymətə, yəni simvolik olaraq 1 avrodan artığına sata bilməyəcək.

Qeyd edək ki, Rıbolovlevin səhmləri üçün hərrac 500 milyon avrodan başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest