Harri Keyn bu mövsüm 5-ci dəfə “Bavariya”da ayın oyunçusu seçilib.

Matc.az xəbər verir ki, ingiltərəli hücumçu may ayında azarkeşlərin səsini qazanaraq mükafata layiq görülüb. Keyn 16% səs toplayıb, yarımmüdafiəçi Konrad Laymer və müdafiəçi Alfonso Davisi (hər biri 12%) qabaqlayıb.

Xatırladaq ki, may ayında Harri Münhen komandasında iki oyun keçirdib – “Ştutqart” (1:3) və “Real” (1:2) ilə. İlk oyunda penaltidən fərqlənib, ikincidə isə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu bir mövsümdə 5 dəfə ayın oyunçusu mükafatını qazanaraq klub rekorduna imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest