06 İyun 2024, 15:27
FUTBOL
Okan Buruk üçün imza mərasimi təşkil olunacaq. Tədbir "Ali Sami Yen" stadionunda gerçəkləşəcək.
"Qalatasaray" rəhbərliyi komandanın baş məşqçisi Okan Burukla yeni müqavilə imzalamağa qərar verib. Matc.az xəbər verir ki, “cim-bom” sabah təcrübəli mütəxəssislə sözləşmənin müddətini uzadacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Buruk üçün imza mərasimi təşkil olunacaq. Tədbir "Ali Sami Yen" stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, futbolçu kimi də uzun illər “Qalatasaray”a xidmət etmiş Okan Buruk 2022-ci ildən İstanbul klubunun baş məşqçisidi. O, “sari-qırmızılılar”ı ardıcıl 2 mövsüm Superliqa çempionu edib.