06 İyun 2024, 15:10
FUTBOL
“Turan Tovuz”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bölgə təmsilçisi Ayxan Quseynovla əməkdaşlığı davam etdirməyə qərar verib.
Belə ki, Ayxanın müqaviləsinin müddəti uzadılıb. Razılaşmaya əsasən, gənc futbolçu daha iki mövsüm “Turan Tovuz”un formasını geyinəcək.
Qeyd edək ki, baş məşqçi Ayxan Abbasov, həmçinin futbolçular - Tərlan Əhmədli, Aydın Bayramov və Fərid Nəbiyevlə yolları ayıran “Turan Tovuz” əvəzində Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman və Alexandro Serrano ilə yeni müqavilə imzalayıb.