06 İyun 2024, 14:31
FUTBOL
İtaliya A Seriyasında 2023-24 mövsümünün son yenilənməsinin ardından ən çox dəyər itirən futbolçular müəyyənləşib. Matc.az xəbər verir ki, siyahıya “Napoli”nin hücumçusu Viktor Osimhen başçılıq edir.
Ötən mövsüm 32 oyunda 17 qol, 4 assistlə diqqət çəkən forvardın qiyməti 10 milyon avro azalıb. Osimxen hazırda 100 milyon avroya bərabər göstərilir.
Növbəti sıralarda qərarlaşan futbolçular 5 milyonluq dəyər itiriblər. Onlar arasında Federiko Kyeza, Adrien Rabyo, İsmael Bennaser, Paulo Dibala və Manuel Lokatelli də var.