06 İyun 2024, 13:43
FUTBOL
“Real”da daha bir ulduz futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, Toni Kroosdan fərqli olaraq, Luka Modriç komandada qalıb.
Bu barəd tanınmış insayder Fabritsio Romano sosial şəbəkə vasitəsilə paylaşım edib. Onun sözlərinə görə, 38 yaşlı yarımmüdafiəçi müqavilə müddətini 2025-ci ilin yayına qədər uzadıb. Bir sözlə, Modriç daha bir mövsüm “kral klubu”nun formasını geyinəcək.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”ın formasını geyinir. O, madridlilərin heytində 4 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə UEFA Superkubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə Klublararası Dünya Çempionatının və İspaniya Superkubokunun qalibi olub.