Qazaxıstan yığması Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə baş məşqçisiz çıxacaq. Matc.az xəbər verir ki, bunu komandanın çalışdırıcısı Stanislav Çerçesov açıqlayıb.

O bildirib ki, təyinat yeni olduğundan, Ermənistan və Azərbaycanla qarşılaşmalarda göstəriş verməyəcək. Çerçesov millimizlə Macarıstanın Sombatxey şəhərində təşkil olunacaq yoldaşlıq görüşünü kənardan izləyəcəyini sözlərinə əlavə edib:

“Federasiya rəhbərliyi ilə danışdıq, qarşıdakı iki oyunda iştirak etməmək qərarına gəldik. Hər şeyi planlaşdırmaq lazımdı. Çünki bu günlərdə millini qəbul etməyi planlaşdırmadığım üçün Ermənistana uçmaq imkanım yoxdu. Macarıstana getməyi planlaşdırıram, orada komandanın Azərbaycanla oyununa baxacağam. Təlimdə iştirak etmirəm. Ruslan Baltiev bu iki oyunu ümumiləşdirir”.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan qarşılaşması iyunun 11-də “Haladas” stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest