“Barselona”nın 17 yaşlı müdafiəçisi Pau Kubarsi İspaniya millisinin tarixinə düşüb. Matc.az xəbər verir ki, o, yığmanın heyətində məhsuldar ötürmə verən ən gənc ikinci oyunçu olub.

Kubarsi Andorra ilə yoldaşlıq görüşündə bunu reallaşdırıb. İlk qolun assistini edən Kubarsi 17 yaş 135 günlüyündə bunu bacarıb. O, yalnız “Barselona”nın digər futbolçusu Lamin Yamaldan geri qalır. Yamal 16 yaş 257 günündə millinin heyətində assist müəllifi olmuşdu.

Qeyd edək ki, İspaniya yığması Lüksemburq üzərində 5:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest