Yenidən Premyer Liqaya qayıdan “Şamaxı”da ayrılıqlar davam edir. Matc.az xəbər verir ki, bölgə təmsilçisi daha bir futbolçusu ilə vidalaşıb.

Bu dəfə Samir Məhərrəmlinin komandada qalmayacağı dəqiqləşib. Klub sosial şəbəkə vasitəsilə bunu elan edib. Yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, “Şamaxı” bir müddət əvvəl baş məşqçi Ramiz Məmmədov və bəzi futbolçularla da yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest