“Real” türkiyəli futbolçusu Arda Gülərlə bağlı qərarını qətiləşdirib. Matc.az xəbər verir ki, “kral klubu” gənc oyunçusunu komandada saxlayacaq.

19 yaşlı yarımmüdafiəçi Avropanın bir neçə klubunun maraq dairəsindədi. Hətta “Mançester Yunayted” bu keçid üçün 60 milyon avrosundan keçməyə hazırdı. Lakin madridlilər təklifi rədd edib. İspaniya çempionu növbəti mövsüm də Ardaya şans verəcək.

Qeyd edək ki, Arda Gülər ötən mövsüm 12 oyunda iştirak edib, 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest