Kilian Mbappe Fransa millisinin tarixinədü ən çox məhsuldar ötürmə verən ikinci oyunçu ünvanına yiyələnib. Matc.az “Opta Sport”a istinadən xəbər verir ki, “Real”ın yeni transferi Lüksemburqla yoldaşlıq görüşündə bunu bacarıb.

İlk iki qolda assist edən Mbappe “üçrənglilər”in heyətində 28-ci məhsuldar ötürməsini verib. 25 yaşlı forvard bu göstəriciyə görə Tyerri Anri və Zinəddin Zidanı geridə qoyub. Onların aktivində 26 assist olub.

Mbappe hazırda yalnız komanda yoldaşı Antuan Qrizmanndan (30 assist) geri qalır.

Qeyd edək ki, Fransanın 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Kilian Mbappe son qolun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest