06 İyun 2024, 10:24
FUTBOL
İspaniya La Liqasında eyni klubda ən çox oyun keçirən futbolçuların adları müəyyənləşib. Matc.az xəbər verir ki, bununla bağlı İFFHS araşdırma aparıb.
Siyahıya “Real”ın əfsanəsi Raul Qonzales başçılıq edir. O, 1994-2010-cu illər ərzində “kral klubu”nun heyətində 550 oyun keçirib. Bu siyahıda digər “Real”lı Manolo Sançes ikinci, “Barselona” əfsanəsi Lionel Messi isə üçüncüdü.
1. Raul (“Real”) – 550 oyun
2. Manolo Sançes (“Real”) - 523
3. Lionel Messi (“Barselona”) - 520
4. İker Kasilyas (“Real”) - 510
5. Xavi (“Barselona”) - 505
6. Xesus Navas (“Sevilya”) - 501
7. Serxio Buskets (“Barselona”) - 481
8. Xoakin Alonso (“Xixon”) - 479
9. Serxio Ramos (“Real”) - 469
10. Xose Anxel İriabar (“Atletik”) - 466