Minifutbol üzrə Azərbaycanın millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında çıxışını davam etdirib. Matc.az xəbər verir ki, yığmamız bu gün 1/4 final oyununa çıxıb.

Elşad Quliyevin yetirmələri yarımfinala vəsiqə uğrunda Qazaxıstanla qarşılaşıb. Görüşün əsas hissəsində hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq olan rəqib komanda yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, qrupda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edən yığmamız 1/8 finalda Bolqarıstanı üstələyib - 3:1.

Avropa çempionatı
1/4 final

Azərbaycan – Qazaxıstan - 0:0, Penaltilər: 6 - 7  
Sarayevo, Bosniya və Herseqovina

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest