“Latsio” baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

“Klub İqor Tudorun əsas komandanın baş məşqçisi vəzifəsindən istefa verdiyini elan edir. Mütəxəssisə görülən işlərə görə təşəkkür edir, ona şəxsi və peşəkar həyatında uğurlar arzulayırıq”, - deyə xəbərdə yazılıb.

Qeyd edək ki, 45 yaşlı xorvatiyalı martın 18-də “Latsio”da Mauritsio Sarrini əvəzləyib. Onun rəhbərliyi altında komanda 11 oyun keçirib, 6 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib. “Latsio” 2023-24 mövsümündə A Seriyasını 7-ci pillədə bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest