“Fiorentina”dan ayrılan Vinçenso İtaliyano “Bolonya”nın yeni baş məşqçisi olub.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, “Bolonya” İtaliyano ilə iki illik müqavilə bağlayıb.
Xatırladaq ki, iyunun 2-də İtaliyano “Fiorentina”dan ayrılacağını açıqlamışdı. Məşqçi 2021-ci ilin yayından kluba rəhbərlik edib. Onun rəhbərliyi altında “Fiorentina” 162 oyun keçirib, 79 qələbə qazanıb, 34 məğlubiyyət alıb və 49 dəfə heç-heçə edib. Komanda 38 oyundan sonra 60 xal toplayaraq İtaliya A Seriyasının son mövsümünü səkkizinci pillədə başa vurub.
Qeyd edək ki, “Bolonya” son mövsümünü 68 xalla İtaliya A Seriyasında beşinci yerdə başa vurub. “Qırmızı-göylər”in çempionat başa çatdıqdan sonra baş məşqçisi Tiaqo Motta ilə yolları ayrılıb.