05 İyun 2024, 18:44
FUTBOL
Fransanın “Lill” klubu komandanın baş məşqçisi Paulo Fonsekadan ayrıldığını açıqlayıb.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin “Lill”də iki illik müqaviləsi başa çatıb.
Xatırladaq ki, “Milan” Stefano Piolinin gedişindən sonra komandaya baş məşqçi təyin olunması ilə bağlı Fonseka ilə razılığa gəlib. İtaliya klubu portuqaliyalı mütəxəssisin gəlişi ilə əlaqədar yay transfer pəncərəsi üçün 100 milyon avro ayırmağa hazırdır.
Qeyd edək ki, Fonseka 2022-ci ilin yayından Fransa klubuna rəhbərlik edir. Komanda Fonsekanın rəhbərliyi altında Liqa 1-in son mövsümünü 34 matçdan sonra 59 xalla dördüncü pillədə başa vurub.