05 İyun 2024, 17:26
FUTBOL
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə” klubu heyətinə yeni futbolçular qatıb. Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi iki oyunçu ilə güclənib.
Ötən mövsümü “Turan Tovuz”da keçirən Aydın Bayramov bundan sonra “qartallar”ın formasını geyinəcək. Digər yeni transfer isə “Kəpəz”dən Elçin Əlicanov olub. Həm qapıçı Bayramovla, həm də müdafiəçi Əlicanovla 2 illik müqaviləyə qol çəkilib.
Qeyd edək ki, milli komandamızın da üzvü olan Aydın karyerası ərzində “Sumqayıt”da da oynayıb. Elçin isə “Binə” və “Zaqatala” klublarında da çıxış edib.