05 İyun 2024, 16:38
FUTBOL
Hüseynəli Quliyevlə sözləşmənin müddəti 2 illik uzadılıb. 2022-ci ildən "dənizçilər"də çıxış edən Quliyev ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Növbəti mövsüm üçün heyətlə bağlı islahatlara başlayan “Səbail” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, paytaxt klubu Hüseynəli Quliyevlə razılığa gəlib.
24 yaşlı qapıçı ilə sözləşmənin müddəti 2 illik uzadılıb.
2022-ci ildən "dənizçilər"də çıxış edən Quliyev ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, “Səbail” bunadək Yusif Nəbiyevlə də yeni müqavilə imzalamışdı. Səlahət Ağayev, Adil Nağıyev və Ağabala Ramazanovla yolları ayıran bakılılar əvəzində “Turan Tovuz”dan Fərid Nəbiyevi heyətlərinə qatıblar.