05 İyun 2024, 16:12
FUTBOL
Ozan Kabak İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Onun sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.
AVRO-2024-də iştirak edəcək Türkiyə yığması növbəti ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “ay-ulduzlular”ın daha bir futbolçusu Almaniyada baş tutacaq qitə birinciliyinə qatılmayacaq.
Söhbət Ozan Kabakdan gedir. 24 yaşlı müdafiəçi İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Tibbi müayinələrdən sonra Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.
Qeyd edək ki, bunadək Çağlar Söyüncü və Enes Ünalın da zədə ilə əlaqədar AVRO-2024-ə aparılmayacağı bəlli olmuşdu.