05 İyun 2024, 15:20
FUTBOL
Yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb. Klubdan matc.az saytına verilən məlumata görə, Bosniya və Herseqovinalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, futbolçu ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində çıxış edib.
Komanda buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.